Türkiyədə son sutka ərzində 58 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 1512 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 6895, virusa yoluxanlar isə 286 455 nəfərə çatıb.
Türkiyədə indiyədək 255 407 pasiyent (son sutkada 1219 nəfər) sağalaraq evə buraxılıb.