İordaniyanın paytaxtı Əmmanın şimal-şərqində yerləşən Zərqa şəhərinin yaxınlığındakı silah anbarında güclü partlayışlar baş verib.

Unikal.org xəbər verir ki, partlayışın ətrafdakı hərbi bazaya da dağıdıcı təsir göstərdiyi bildirilir.

Partlayışların fəsadları barədə rəsmi açıqlama verilməsə də, İordaniya mətbuatı Əl-Ğabavi silah-sursat anbarında baş verən partlayışlar nəticəsində bir neçə yaralının olduğu barədə xəbərlər yayıb.

Hökumətin sözçüsü Əhməd əl-Ədayleh isə yaralılar haqqında məlumatın olmadığını bildirib. O əlavə edib ki, insidentlə bağlı rəsmi orqanlar tərəfindən araşdırma aparılır.

İordaniya mətbuatı yazır ki, partlayışların baş verdiyi əraziyə giriş məhdudlaşdırılıb.