Yunanıstanda Korinf körfəzində zəlzələ baş verib. 

Unikal.org xəbər verir ki, zəlzələnin gücü 4,2 bal təşkil edib. Təkan Afina, Porto Qermeno, Psata limanlarında hiss edilib. Zəlzələ 11,7 kilometr dərinlikdə Afinadan 45 kilometr qərb istiqamətində baş verib. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.