Xırdalan şəhərinin 27-ci məhəlləsində 5 çoxmərtəbəli binanın fasadında aparılan təmir işləri başa çatmaq üzrədir.
Unikal.org xəbər verir ki, görülən işlərlə yerində tanış olmaq məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əraziyə gəlib. Bildirilib ki, 2 aya yaxındır həyata keçirilən təmir işləri yaxın zamanlarda yekunlaşacaq. Belə ki, tikinti işlərinin böyük hissəsi artıq başa çatdırılıb və bir neçə günə binaların fasadının rənglənməsinə start veriləcək. Binaların bloklarının girişi, qapıları və pilləkənləri təmir olunaraq sakinlərin istifadəsinə veriləcək. Bundan əlavə 27-ci məhəllədə yerləşən binaların həyətləri abadlaşdırılır, şəhərin müasir görkəminə uyğun oturacaqlar qurulur, insanların asudə vaxtlarını keçirmək üçün hər bir şərait yaradılır.
Sakinlərlə görüşən başçı onların təkliflərini dinləyib. Sakinlər məhəllələrin abadlaşdırılması və binaların təmir edilməsi ilə əlaqədar Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Bundan sonra görülməsi vacib olan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verilib.