Ukraynanın “Batkivşina” partiyasının lideri, Ali Radanın deputatı Yuliya Timoşenko koronavirusdan sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə onun mətbuat katibi Marina Soroka bildirib.
Onun sözlərinə görə, Timoşenkonun son COVID-19 testi neqativ çıxıb, deputat hazırda özünü yaxşı hiss edir.
“Yuliya Timoşenko yaxın zamanlarda normal həyatına qayıdacaq”, - deyə M.Soroka qeyd edib.