Rusiya paytaxtı Moskva şəhərinin Doroqomilovski Rayon Məhkəməsi Rusiya Dövlət Dumasının deputatı Murad Hacıyevin oğlu Əbdülhəmidin həbs olunması barədə hökm çıxarıb.
Unikal.org xəbər verir ki, Ə.Hacıyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 112-ci maddəsinin 2-ci bəndi (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa orta ağır dərəcədə zərərvurma) ilə cinayət törətməkdə günahlandırılır.
“Hacıyev Əbdülhəmid Muradoviç barəsində oktyabrın 24-dək həbs qətimkan tədbiri seçilib”, - məhkəmədən bildiriblər.