Peru parlamenti ölkə prezidenti Martin Viskarranın impiçment prosesinə start verib.
Unikal.org-un məlumatına görə, Konqresin son iclasında keçirilmiş səsvermədə deputatlardan 65-i qərarın lehinə, 35-i isə əleyhinə səsə verib.
Qeyd olunub ki, bununla əlaqədar olaraq parlamentin sentyabrın 18-də keçiriləcək iclasında M.Viskarra sualları cavablandırmaq üün iştirak edəcək. Peru prezidenti korrupsiyada ittiham olunur.