Gürcüstan hökuməti ölkədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar beynəlxalq uçuşlara qadağanın müddətini uzadıb.
Unikal.org-un məlumatına görə, ölkə ərazisində beynəlxalq aviareyslər oktyabrın 31-dək qadağan edilib.
İstisnalar yalnız, Şota Rustaveli adına hava limanından Münhen, Paris və Riqa istiqamətlərinə uçuşlara edilib.
Qeyd edək ki, Gürcüstanda aviareyslər mart ayında dayandırılmışdı. Bu günədək ölkədə 2 075 nəfər koronavirusa yoluxub. Təkcə, son bir həftədə yoluxma sayı 454 nəfər artıb.