Böyük Britaniyadan olan məşhur aktrisa Corcia Harrison qalmaqallı açıqlama verib.
Unikal.org xəbər verir ki, Böyük Britaniyada yayımlanan "Sevgi adası" serialında çəkilən 25 yaşlı aktrisa Premyer Liqada çıxış edən futbolçulardan birinin onu narahat etdiyini bildirib:
"Ötən il onu bloklamışdım və hər şeyin tamamilə bitdiyini düşünürdüm. Bilgilərini paylaşandan sonra məni narahat etməyi dayandırmışdı. Amma yenidən saxta hesabla mənə yazmağa başlayıb. Əvvəlcə kim olduğunu bilmirdim. Amma əvvəllər işlətdiyi cümlələri yazmağa başladı. Bununla kim olduğunu anladım, amma özünə demədim. Bir neçə həftə sonra cinsiyyət orqanının şəklini göndərdi. Daha əvvəl də belə edirdi. Mənimlə görüşmək istədiyini deyir. Dayanmasa, adını açıqlayacağımı dedim. Vəkilimlə danışmışam, polisdən mühafizə istəyə bilərəm".
Aktrisa qeyd edib ki, onu narahat edən futbolçu evlidir.