İranda ötən sutka ərzində 116 nəfər koronavirusdan (COVİD-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 23 029 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 139 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 399 940 nəfərə yüksəlib. Onlardan 3 768 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 344 516 nəfər koronavirusdan sağalıb. İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,53 milyondan çox diaqnoz testi həyata keçirilib.