Ermənistanda alkoqol zəhərlənməsindən daha bir nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, avqustun 31-dən sentyabrın 12-dək ölkədə alkoqoldan 46 zəhərlənmə faktı qeydə alınıb. Onlardan 21-i ölüb, 25 nəfəri müalicə alaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, avqustun 31-dən paytaxt Yerevan, eləcə də Armavir və Kotaykda saxta spirtli içkidən zəhərlənmələr qeydə alınır. Hadisələrlə bağlı artıq həbslər də başlayıb.