ABŞ Prezidenti Donald Trampın nə Rusiyada, nə də Çində bənzəri olmadığını söylədiyi silahı çox güman ki, W76-2 nüvə başlıqlarıdır.
Unikal.org xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri yazıb.
“Çox güman ki, prezident “Trident D-5” ballistik raketlərində yerləşdirmək üçün nəzərdə tutulan W76-2 nüvə başlıqlarını nəzərdə tutur”, - deyə nəşr bildirib.
Sözügedən raketləri sualtı gəmilərdən buraxmaq mümkündür. Ekspertlər qeyd edir ki, bu cür başlığın partlaması nəticəsində yaranan güc Xirosimaya atılmış nüvə bombasından altı dəfə güclü ola bilər.