Moskvada son sutka ərzində koronavirusdan 14 nəfər dünyasını dəyişib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 4982 nəfərə çatıb.
Qeyd edək ki, bir gün əvvəl Moskvada koronavirusdan 12 nəfər ölmüşdü.