İranda son 24 saat ərzində 2089 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 128 pasiyent həyatını itirib.

Unikla.org İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla ölkədə virusa yoluxanların ümumi sayı 402 029, ölənlərin sayı isə 23 157-yə çatıb.

İndiyədək xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 346 242 nəfər evə buraxılıb. Müalicəsi davam edən 3791 xəstənin vəziyyəti ağır olaraq qalır.