Tarix müəllimi Böyük Britaniyada “Kim milyonçu olmaq istəyər” verilişinin son 14 ildə ilk qalibi olub. 57 yaşlı Donald Fier 20 dəqiqəyə bir milyon funt sterlinq (2 175 148 AZN) qazanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu suala kimi onun köməklərinin (coker) üçü də qalıb. O, 15 sualdan 13-nün cavabını variantlara baxmadan tapıb.
Maraqlıdır ki, ötən il Donald Fierin qardaşı bu verilişdə 500 000 funt sterlinq (1 087 574 AZN) qazanıbmış.
Tarix müəllimi udduğu pulun 70 faizini ailəsinə xərcləyəcəyini bildirib, qalanını isə təqaüdü üçün ayırıb.