Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında görüş başa çatıb. Danışıqlar 4 saat 20 dəqiqə davam edib.

Unikal.org xəbər verir ki, dövlət başçılarının görüşü Soçidəki "Boçarov Ruçey" iqamətgahında baş tutub.

Görüşün əvvəlində Putin Rusiya Federasiyasının KTMT və Birlik Dövlətinə dair müqavilələr daxil olmaqla Belarus ilə bütün razılaşmalara sadiq qaldığını vurğulayıb. Rusiya lideri, həmçinin qeyd edib ki, belarusluların özləri heç bir xarici müdaxilə olmadan ölkədəki vəziyyəti həll etməlidirlər.

Lukaşenko isə öz növbəsində prezident seçkilərindən sonra ölkəsinə dəstək olduqları üçün Putinə və Rusiya xalqına təşəkkürünü bildirib.

***15:48

Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya lideri Vladimir Putin arasında danışıqlar başlayıb.

Unikal.org RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov jurnalistlərə açıqlamasında "görüşün nə qədər lazımdırsa, o qədər sürəcəy"ini bildirib.

Qeyd edək ki, görüş Vladimir Putinin Soçi qərargahında keçir.