Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernes koronavirus testindən keçib və nəticələri müsbət olub.

Unikal.org gazeta.ru-ya istinadən xəbər verir ki, Ukrayna Prezident Admnistrasiyasındakı mənbələr merin səhhətinin son dərəcə ağır olduğunu bildirib.

Qeyd edilib ki, hazırda G.Kernes komadadır.

O, son dəfə ictimaiyyət qarşısına avqustun 23-də Şəhər Günü münasibətilə keçirilən tədbirdə çıxıb.