Rusiyada son bir gündə daha 5 529 nəfərə COVID-19 diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 073 849 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 150 nəfər artaraq 18 785-ə yüksəlib.
Rusiyada indiyədək koronavirusdan 884 305 pasiyent sağalıb.