Avropa İttifaqı Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti hesab etmir.
Unikal.org xəbər verir ki, bu barədə Avropa parlamentində Aİ diplomatiyasının rəhbəri Jozef Borrel bildirib.
“Biz Belarusda avqustun 9-da keçirilən prezident seçkilərinin saxtalaşdırıldığını hesab edirik... Biz Lukaşenkonu Belarusun legitim prezidenti hesab etmirik”, - deyə o bildirib.
Lakin Lukaşenko haqqında danışarkən Borrel öncə səhvə yol verərək, Belarus yerinə Ukrayna demişdi. Ona düzəliş veriləndən sonra, Aİ diplomatiyasının rəhbəri üzr istəyib.