Berlinin “Charite” klinikasında komadan çıxan Rusiya müxalifətinin lideri Aleksey Navalnı heç bir kənar müdaxilə olmadan nəfəs alır.

Unikal.org xəbər verir ki, bu barədə o özünün “Instagram” hesabında paylaşım edərək bildirib.

“Mən hələ də çox şey edə bilmirəm, lakin dünən bütün günü özüm nəfəs almışam. Heç bir kənar müdaxilə olmadı, hətta boğazıma sadə havalandırma da edilmədi”, - deyə Navalnı yazıb.

Müxalifətçinin paylaşdığı şəkildə onun ailəsinin əhatəsində olduğu görünür.

Xatırladaq ki, “Noviçok” maddədi ilə zəhərləndikdən sonra komaya düşən Navalnıy bir neçə gün öncə ayılıb.