Liviya sahilləri yaxınlığında qayıqların qəzaya uğraması nəticəsində 25-dən çox miqrant ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Səfa Msexli bildirib.

“Liviyanın Mühafizə Xidməti 3 qayıq saxlayıb. Onlardan biri çevrilib. Boğularaq ölən iki nəfərin meyitini sudan çıxarıblar, bir neçə nəfər sağ-salamat xilas edilib. 22 nəfər isə itkin düşüb. Xilas edilən 45 nəfər rezin qayıqlarda sahilə çıxarılıb”, - S.Msexli vurğulayıb.

Xilas edilənlərin əksəriyyəti Misir və Mərakeş vətəndaşlarıdır.