Yaponiya parlamentinin nümayəndələr palatasının deputatlarının səs çoxluğu ilə yeni Baş nazir Yosihide Suqa seçildi.
Unikal.org xəbər verir ki, səsvermə parlamentin aşağı palatasının saytında canlı yayımda aparılırdı.
Məlumata əsasən, Suqanın lehinə 314 deputat səs verib, ümumilikdə isə 462 bülleten etibarlı sayılıb.
71 yaşlı Suqa səhhətinə görə bu yaxınlarda istefa vermiş sabiq baş nazir Sinzo Abenin uzun müddət sağ əli olub, son 8 il Nazirlər Kabineti katibliyinin rəhbəri vəzifəsində çalışıb.