Rusiyada son bir gündə daha 5 670 nəfərə COVID-19 diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 079 519 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 132 nəfər artaraq 18 917-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 890 114 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 750 nəfər.