Əsəd rejimi qüvvələri İdlibdə Türkiyə ordusunun müşahidə məntəqələrinə hücum edib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında məlumat paylaşıb.
“İdlib gərginliyi azaltma bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 3, 4, 5, 6, 7, 8 və 9 saylı müşahidə məntəqələrinə Əsəd rejimi tərəfindən göndərilən mülki geyimli qruplar saxlanılıb. 7 saylı müşahidə məntəqəsində isə atışma olub. Sərt müqavimətlə üzləşən rejim tərəfdarları qaçmağa başlayıb”, - məlumatda bildirilir.