COVID-19 səbəbindən ABŞ-da sutkalıq ölüm sayı artmaqdadır.
Unikal.org xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.
Son sutkada ölkədə COVİD-19 infeksiyasına 38 037 yoluxma və virusdan 1 293 ölüm hadisəsi qeydə alınıb.
Bildirilir ki, hazırda ABŞ yeni növ koronavirus infeksiyasının yayılmasına və ölənlərin sayına görə dünyada birinci yerdədir.