Rusiyada son bir gündə daha 5 762 nəfərə COVID-19 diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 085 281 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 144 nəfər artaraq 19 061-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 895 968 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 730 nəfər.