Milli Hidrometeorologiya Xidməti sentyabrın 18-də gözlənilən hava şəraitini açıqlayıb.
Unikal.org xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.
Sentyabrın 18-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 18-də Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.