ABŞ Müdafiə Nazirliyi hər birində təxminən 5.4 kq xardal qazı (İprit – Red) olan 300 min ədəd 155 mm-lik mərmini Koloradodakı xüsusi təchiz olunmuş kimyəvi anbarda məhv edilməsini başa çatdırıb.
Unikal.org xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Qeyd olunub ki, sentyabr ayında mütəxəssislər tərkibində ümumilikdə təxminən 1,6 min ton iprit olan silahları məhv ediblər. Əvvəlcə anbarda zəhərləyici maddə ilə təchiz edilən 780 mindən çox sursat olub. Hazırda bu mərmilərin təxminən üçdə ikisi yoxdur.
İprit həm 155 mm-lik, həm də 105 mm-lik mərmilərdə, həm də minaatanların mərmilərində mövcuddur. Hazırda anbarda saxlanılan 155 mm-lik xardal qaz mərmilərinin hamısı məhv edilib, növbəti addım 105 mm-lik mərmilərlə bağlı olacaq.
Bildirilib ki, ABŞ-da kimyəvi silahların məhv edilməsi proqramı 2023-cü il 31 dekabr tarixinədək tamamlanmalıdır.