Rusiyanın Altay diyarının qubernatoru Viktor Tomenkoun koronavirus testinin nəticəsi müsbət olub.

Unikal.org yerli hökumətin saytına istinadən xəbər verir ki, V.Tomenko sentyabrın 22-dən evdə ambulator müalicə edilir.

Qubernator məsafədən idarə rejimi ilə işləyir. Onun iştirakı keçirilməsi nəzərdə tutulan bütün tədbirlər 10-14 gün müddətinə təxirə salınıb.

Qeyd edək ki, sentyabrın 19-da Saratov vilayətinin qubernatoru Valeri Radayevin koronavirusa yoluxması barədə məlumat yayılmışdı.