“Aralıq dənizində baş verən son hadisələr bizə göstərir ki, hər sahədə olduğu kimi dənizlərdə də daha güclü olmalıyıq”.
Unikal.org “Sözcü” qəzetinə istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1538-ci ildə Xeyrəddin Barbarossanın komandanlığı altında Osmanlı imperiyasının hərbi gəmiləri tərəfindən səlibçilərin donanmasının məğlub edilməsinin ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
“Mavi Vətənimizi qorumağın nə qədər vacib olduğunu bildiyimizdən, güclü iradə və sarsılmaz inamla dənizlərimizdə hüquq və maraqlarımızı qorumağa davam edirik. “Sülh istəyirsinizsə, müharibəyə hazır olun” deyən əcdadlarımıza diqqət yetirərək, ölkəmizdə, bölgəmizdə və bütün dünyada sülhü, əmin-amanlığı və təhlükəsizliyi davam etdirmək üçün Dəniz Qüvvələrimizi də yerli və milli imkanlarla təchiz edirik.
Bu gün dünyanın öz hərbi gəmilərini milli vasitələrlə dizayn, inşa edə və saxlaya bilən 10 ölkədən biri olaraq, Mavi Vətənimizi qorumaq, dostlarımızın təhlükəsizliyini təmin etmək və haqqımıza tamah salanları çəkindirmək üçün Hərbi Dəniz Qüvvələrimizi gücləndirməyə davam edirik”, - deyə siyasətçi əlavə edib.