Afrika əsilli avstraliyalı model paylaşdığı foto ilə istifadəçiləri təəccübləndirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı Aniyanq Denq şəkli özünün “Instagram” hesabında dərc edib.
Kadrlarda o, ağ krop-topda və açıq rəngli şalvarda əks olunub. “Səhər saat 10-da belə gözəl olmağı kim mənə icazə verib?” - deyə o, fotoya şərh yazıb.
Paylaşım az müddətdə 430 mindən artıq bəyənmə alıb. Xüsusən Denqin dərisinin rəngindən təəccüblənən istifadəçilər onun görünüşünə heyranlıqlarını bildiriblər. Ancan fotonun redaktə olunduğuna işarə vuranlar da tapılıb. Model onlara cavab olaraq dərisinin rəngini doğulduğu ölkə ilə əlaqələndirib.
“Mən dünyanın ən hündür və ən tünd rəngli dəriləri olan insanlarının doğulduğu Cənubi Sudandanam”, - deyə, o, bildirib.