"Bizim təcrübəli döyüşçülərə ehtiyacımız var. Hazırda itirilən mövqelərə görə, hərbçilərimiz arasında çaxnaşma var. Bu, qeyri-peşəkarlıqdır".
Unikal.org erməni mənbələrinə istinadla xəbər verir ki, bunu Ermənistan ordusunun ehtiyatda olan zabiti Arşavir Suren Qriqoriyan deyib. Erməni zabit bildirib ki, Ermənistanda şəxsi və siyasi fikir ayrılıqlarını kənara qoya bilmirlər:
"İtirilən ərazilər şok effekti yaradıb. Heç kim bunu gözləmirdi. Ona görə də tez bir zamanda orduda ruh yüksəkliyi bərpa olunmalıdır. Amma indiki məqamda bu, çətin görünür.