Tofiq Yaqublunun Bakı Apelyasiya Məhkəməsində cinayət işi ilə bağlı keçiriləcək ilkin baxış iclası təxirə salınıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən Yaqublu Tofiq Rəşid oğlunun məhkəmə prosesində Cəbrayılov Elxan Səttar oğlu və Cəbrayılova Cavahir Səlimxan qızı tanınıb.
Qeyd edək ki, Tofiq Yaqublu 17 gün aclıq aksiyası keçirdikdən sonra sentyabr ayının 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun barəsində seçilən həbs-qətimkan tədbiri ev dustağlığı ilə əvəz edilib. Onun məhkəməsi bu gün baş tutmalı idi.
Azər İsrafilov