Türkiyənin tanınmış simaları Azərbaycan ordusuna dəstək nümayiş etdiriblər.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, məşhurlar sosial şəbəkə hesablarında "Biz iki dövlət, bir millətik", "Azərbaycanın yanındayıq" kimi paylaşımlar ediblər.
Onlardan bir neçəsini təqdim edirik:
Oktay Kaynarca: "Türkiyə hər zaman Azərbaycanın yanındadır"
Mustafa Ceceli: "Vaxt yetişdi. Allah zəfər versin"
Ebru Gündeş: "Azərbaycan və Türkiyə yalnız dost deyillər. Bir-birini tanıyanlar arasında dostluq qurulur. Biz qardaşıq"
Elif Ece Uzun: "Vəfat edən əsgərlərimizə və mülki vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına isə başsağlığı diləyirəm"
Seda Sayan: "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir"
Dursun Ali Erzincanlı: "Can, can Azərbaycan... Biz sizinləyik Azərbaycan"
Uğur İşılak: "Ey Ermənistan, bu millət səni 1915-1916-cı illərdə mülki vətəndaşlarımıza qarşı törətdiyin qırğınlardan, PKK-ya dəstəyini, Xocalıda öldürdüyün yüzlərlə insanı tanıyır. Biz qeyd-şərtsiz Azərbaycanın yanındayıq"
Ebru Yaşar: "Biz iki dövlət, bir millətik. Azərbaycana edilən hücumu qınayıram"
İsmayıl Hakkı: "Terrorist dövlət olan Ermənistan atəşlə oynamağa davam edir. Ümid edirəm ki, əsl cavab olacaq"
Cüneyt Arkın: "İki bədəndə bir ruh"
Sinan Akçıl: "Qardaş ölkə, əlbəttə ki, toxunan hesabı ödəyir. Təşəkkür edirəm"
Aydan Şener: "Azərbaycanı sevirəm".