"Bu dəfə karantin yavaş və tədricən tətbiq ediləcək, altı aydan bir il çəkə bilər".
Unikal.org xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Parlamentdə çıxışı zamanı söyləyib. Belə ki, koronavirus pandemiyasına mübarizədə atılan addımları qiymətləndirən, Netanyahu karantin rejiminin uzadılmasının qanunauyğun olduğunu açıqlayıb.
Bildirək ki, ölkədə xüsusi karantin rejimi 18 sentyabrdan etibarən daha 3 həftə uzadılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, İsraildə koronavirusdan indiyədək 1 552 nəfər ölüb, 243 mindən çox insan isə virus daşıyıcısıdır.