Nigeriyada şiddətli yağışın səbəb olduğu daşqınlarda ölənlərin sayı 95-ə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Nigeriya Təcili Yardım İdarəsi məlumat yayıb. Açıqlamaya görə, leysan yağışlar vilayətin 19 bölgəsində davam edir. Bölgədə minlərlə hektar əkin və yaşayış sahəsi su altında qalıb.
Qeyd edək ki, bu il ərzində Burkina Faso, Niger və Seneqal kimi bölgə ölkələrində də sel fəlakəti yaşanıb.