ABŞ-da F-35 qırıcısı qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, Kaliforniya ştatında havada KC-130 tipli tanker təyyarəsindən yanacaq doldurarkən F-35-in qanadı adıçəkilən təyyarəyə ilişib.

Bu zaman F-35 qırıcısı qəza törədərək boş əraziyə düşüb. Bildirilir ki, pilot qəzadan yaralı olaraq xilas olub.