Rusiyanın Orenburq şəhərində doqquz yaşlı qız dişi çəkildikdən sonra ölüb

Unikal.org xəbər verir ki, uşaq regional xəstəxanasında Saşanın çənəsində planlı əməliyyat keçirilib. Süd dişi azı dişlərinin böyüməsinə mane olurdu və o, çıxarılmalı idi.

Əməliyyatdan əvvəl qız anasını zəng edib və bitdikdən sonra əlaqə yaradacağını deyib. Lakin uşaq bir daha özünə gəlməyib.

Valideynlərə onun anesteziyaya allergik reaksiya verdiyini söyləyiblər.

Qohumlar Saşanın ölümündə həkimləri günahlandırırlar. İstintaq Komitəsi "Öz xidməti vəzifələrini lazımınca yerinə yetirmədiyi üçün səhlənkarlıq nəticəsində ölümə səbəb olma" maddəsi ilə cinayət işi açıb.(medicina.az)