Azərbaycanın xalq artisti Azərin "Ana haber"də televiziya aparıcısı Erhan Ertürkün qonağı olub. 

Unikal.org xəbər verir ki, "Haber Global"a açıqlama verən Azərin, "İndi deyim ki, sənətkar doğma yurdunun vətəndaşıdır və öz mahiyyətinin bəlaları və sevinci ilə yaşayan bir insandır. Biz 30 ildir Qarabağla yaşayırıq. 27 ildir Azərbaycan xalqı bu məsələnin həllini istəyirdi. Doğma torpaqlarımızda uşaqlarımızı, ağsaqqallarımızı və qadınlarımızı öldürdülər. Bunlar dünyanın gözündə olan hadisələr idi. Faktlarla da bütün dünyaya göstərildi, amma təəssüf ki, dünya azərbaycanlıların soyqırımını görmək istəmədi", - deyə bildirib.

Daha sonra xalq artisti canlı yayımda Üzeyir bəy Hacıbəylinin musiqi, Əhməd Cavadın söz müəllifi olduğu məşhur “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.