Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana daha bir dəstək mesajı paylaşıb. 

Unikal.org xəbər verir ki,  XİN rəhbəri "Facebook" hesabında Türkiyənin Azərbaycana dəstəyinin tam qanuni olduğunu bəyan edib.

"Azərbaycanla bir millətik. İki ayrı dövlət olsaq da, yeri gələndə bir dövlət kimi davranırıq. Dolayısı ilə Azərbaycan olan dəstəyimiz kimsəyə qəribə gəlməsin. Bundan təbii və qanuni bir şey ola bilməz", - deyə M.Çavuşoğlu vurğulayıb.