COVID-19 infeksiyasının yayılmağa başladığı ilk gündən bəri ABŞ-ın “Amazon” şirkətinin 20 minə yaxın işçisi koronavirusa yoluxub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus üçün analiz nümunələri götürülmüş 19 816 işçinin test nəticəsi müsbət çıxıb. 

Bildirilir ki, “Amazon”da COVID-19 infeksiyasına yoluxan işçilərin sayı şirkətin ümumi işçilərinin sayına nisbətdə xeyli aşağıdır. Belə ki, “Amazon” şirkətinin və ona aid olan şəriki “Whole Foods Market”in dünya miqyasında 1,37 milyon əməkdaşı var.