Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 471 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 7564 nəfərə, ölənlərin sayı 48 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5392 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 3992 nəfərin sağaldığı bildirilir.