Gürcüstan hökuməti Qarabağ ərazisində hərbi əməliyyatların yenidən başlaması səbəbindən Ermənistana və Azərbaycana hərbi əhəmiyyətli yüklərin daşınması ilə bağlı icazənin ləğv edilməsinə qərar verib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Vaxtanq Qomelaurinin açıqlamasında bildirilir.
“Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlar səbəbindən Gürcüstan hökuməti ərazisindən hərbi əhəmiyyətli yüklərin hər iki ölkə istiqamətində quru və hava yolları ilə daşınmasına icazə verilməsini müvəqqəti dayandırır.
Bu barədə artıq tərəflərə məlumat verilib”, - deyə Qomelauri bu gün keçirdiyi brifinqdə bildirib.