ABŞ Dövlət katibi Mayk Pompeo 4-8 oktyabr tarixlərində Asiya ölkələrinə səfər etməyi planlaşdırır.
Unikal.org “TASS”-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə Pompeo bir tədbirdə çıxış edib.
“Özümü yaxşı hiss edirəm. Son iki gündə iki dəfə koronavirüs testindən keçdim. Əvvəlki kimi sağlamam. 4 oktyabra planlaşdırılan Asiya ölkələrinə səfərimi həyata keçirməyə hazırlaşıram”, - deyə Pompeo bildirib.