İsveç və Norveçdə bu gün Nobel həftəsinə start verildi. 

Unikal.org xəbər verir ki, prestijli mükafatın 2020-ci il üçün qalibləri bu həftə ərzində müəyyənləşəcəklər.

Stokholmda Nobel Komitəsi bazar ertəsi tibb, çərşənbə axşamı fizika, çərşənbə günü kimya, cümə axşamı ədəbiyyat üzrə mükafat sahiblərini elan edəcək.

Dünyanın ən prestijli mükafatlarından biri sayılan Sülh Mükafatı laureatı ənənəvi olaraq Osloda elan ediləcək. Mərasimin cümə günü keçirilməsi planlaşdırılır. Nobel Komitəsinin yaydığı məlumata görə, bu il Sülh Mükafatına 318 namizəd irəli sürülüb.