Cəbhədə döyüşlər davam edir.
Unikal.org xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.
Səhər saatlarından başlayaraq ermənilər Tərtər şəhərinə 130-dan çox top mərmiləri atıb. Nəticədə mülki evlərə, mülki obyektlərə ziyan dəyib.
Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir.