Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun adı dəyişdirilib.

Unikal.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli Qərarı  ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Strukturu”ndakı dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, institut Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılıb.