Ermənistan parlamentində deputatlar Kristina Poqosyanla Artur Ovannisyan “5-ci kanal” TV-nin jurnalistinə peşə vəzifəsinin icrası zamanı fiziki təzyiq göstəriblər.

Unikal.org xəbər verir ki, bunu telekanalın direktoru Arutyun Arutyunyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, deputat iki dəfə jurnalistin əlindəki mikrofona vuraraq ünvanına hədələyici ifadələr işlədib: “Bundan sonra jurnalist vəzifəsinin icrasını dayandırıb”.

Telekanalın direktoru hadisə ilə bağlı Baş Prokurorluğa şikayət etdiklərini bildirib.