İri yırtıcı kələz tirannozavrın skeleti  Nyu-Yorkdakı “Christie's” hərrac evində 31,8 milyon dollardan baha qiymətə satılıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumat hərrac evinin saytında məlumat yerləşdirilib.

““Christie's”də dünya rekordu vurulub. Sten adlı tirannozavr 31 847 500 dollara satılıb”, - deyə məlumatda bildirilir.

Mütəxəssislər bu lotu 6-8 mln dollar məbləğində dəyərləndirmişdilər.

Qeyd edilir ki, bu, ən yaxşı vəziyyətdə qalmış tirannozavr skeletlərindən biridir. O, 188 sümükdən ibarətdir. Skelet 1987-ci ildə Cənubi Dakotada tapılıb. Əvvəlki rekord 1997-ci ildə qoyulmuşdu. O zaman tirannozavr skeleti hərracda Çikaqodakı  Filda adına  Təbiət Tarixi Muzeyinə 8,36 milyon dollara satılmışdı.