Bu gün saat 12.20-də Bakının Yasamal rayonun ərazisində elektrik enerjisinin verilişində 3 dəqiqəlik qısa fasilə yaranıb.
Unikal.org xəbər verir ki, 2.23-də enerji bərpa edilib.
Bu SCADA dispetçer sistemində aparılan yenidənqurma əməliyyatı ilə bağlı olub. “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətlərindən bildirilib ki, narahatçılığa heç bir əsas yoxdur, enerji təminatı ən yüksək səviyyədədir. Baş vermiş kiçik fasiləyə görə “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətləri abonetlərə üzürxaqlıq edir.